Əhalinin banklardakı əmanəti artıb, yoxsa azalıb? - Rəsmi məlumat

Əhalinin banklardakı əmanətlərinin məbləği açıqlanıb.
Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği 13,2 faiz artaraq 2023-cü il oktyabr ayının 1-nə 12705,47 milyon manat təşkil edib.
Əmanətlərin 64,9 faizi milli, 35,1 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,9 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 1,2 faiz artıb.
Oktyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 Avroya 1,80 (1,84) manata, 100 Türk lirəsinə 6,10 (7,69) manata, 100 Rus rubluna 1,75 (2,04) manata bərabər olub.