Polşa fermerləri Ukrayna sərhədində etiraz aksiyası keçirəcəklər

Polşalı fermerlər Ukrayna ilə sərhəddə etiraz aksiyası keçirəcəklər.
Bu barədə "Bloomberg" məlumat yayıb.
Kəndlilərin assosiasiyasından 100-ə yaxın fermer "Medica" keçid məntəqəsində üç günlük etiraz aksiyası keçirməyi planlaşdırır.
Bu barədə agentliyə aksiyanın təşkilatçılarından biri olan Lukaş Martın məlumat verib.
Qeyd edək ki, Polşa fermerləri Ukrayna kənd təsərrüfatı məhsullarının ölkə bazarına daxil olmasının onları gəlirdən məhrum etməsindən narazıdırlar.