Sədərəkdə yol qəzası zamanı piyada xəsarət alıb

Sədərək rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə zamanı avtomobil yol keçən, Sədərək rayon Heydərabad qəsəbə sakini Abdullayev Vidadi Nəcəf oğlunu vurub.
Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən zərərçəkənin vəziyyəti ağır olduğundan o, əməliyyat edilib.
Faktla bağlı araşdırma aparılır.