Naxçıvanda qəza zamanı bir nəfər xəsarət alıb

Naxçıvan yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə zamanı 1985-ci il təvəllüdlü Sədərək rayon Dəmirçi kəndi sakini, Məmmədov Elşən Əbülfəz oğlu xəsarət alıb.
Müxtəlif xəsarətlər alan zərərçəkən Naxçıvan Muxtar Respublika Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.