"Ərin 3 minlik telefon almayıbsa, boşana bilərsən" - efirdə belə söz demək olar?..

ARB kanalının efirində yayımlanan "Günə son" verilişində psixoloqun çıxışı müzakirələrə səbəb olub. Psixoloq Əfsanə Rüstəmova boşanma səbəblərindən danışarkən 3 min manatlıq telefona görə boşanmaya haqq qazandırıb:
“Emosinoal ehtiyacı ödənməyən qadının boşanma kimi hüquqi bir haqqı var. Əgər mənim 3 minlik telefon kimi emosional bir ehtiyacım varsa, həyat yoldaşım ya onu mənə almalıdır, ya da mənim imtina etmək kimi bir şansım var" .
Psixoloqun bu sözləri verilişin aparıcısı və qonaqları tərəfindən kəskin etirazla qarşılanıb. Ə.Rüstəmovanın çıxışı sosial şəbəkələrdə də kəskin tənqid edilib.
Nəzərə almaq lazımdır ki, hazırda ölkədə hər kəsin maddi durumu imkan vermir ki, həyat yoldaşına onun emosianal ehtiyacı ödəmək üçün 3 minlik telefon alsın. Ayda 500-800 manat maaş alan şəxs bahalı telefonu necə ala bilər?
Psixoloqun məlum fikri istər-istəməz bəzi şəxslər üçün əsas götürüləcək və həyat yoldaşı onun emosional ehtiyacını ödəmək üçün bahalı hədiyyə almazsa məhkəməyə üz tutacaq. Beləliklə, boşanmaların sayı daha da artacaq.