400 min dollarlıq saatı ayağına bağladı

Müğənni Rihanna 400 min dollarlıq saatı ayağına bağlayıb.
O, Las-Veqasda keçirilən “Formula-1” Qran-Prisində “Jacob & Co”nun daş-qaşlı saatı ilə görüntülənib.
Saatın dəyəri 400 min dollar qiymətləndirilir.
Qeyd edək ki, bundan əvvəl Rihanna “TikTok” hesabında ayaq barmağında üzüklə foto paylaşmışdı.