Deputat Samvel Babayana cinayət işi açmağı xahiş etdi

Ermənistan parlamentinin müxalif deputatı Lilit Qalstyan özünü buraxmış qondarma “Artsaxı”ın “keçmiş müdafiə naziri” Samvel Babayan haqqında Baş Prokurorluğa cinayət sorğusu təqdim edib.
Modern.az “Hraparak”a istinadən xəbər verir ki, deputat sorğuda “Samvel Babayan kimin adından, hansı mandatla, hası səlahiyyətlərlə və hansı məzmunda Bakı ilə danışıqlar aparıb? Hansı razılıqlar əldə olunub?" -deyə bildirib.
L.Qalstyan keçmiş “Artsax təhlükəsizlik şurası”nın bəyanatları əsasında S.Babayan barəsində cinayət işinin başlanmasını xahiş edib.
Lakin deputatın sorğusuna cavab olaraq bildirlib ki, qondarma “Artsax”ın o zamankı başçısı Arayik Arutyunyan Samvel Babayanın fəaliyyətindən xəbərdar olub, buna görə də onun əməlində cinayət tərkibinin olmaması səbəbindən cinayət işi başlanıla bilməz.
Bu arada, Samvel Babayanın qondarma “Artsax”ın keçmiş rəhbərliyinə qarşı səsləndirdiyi ifadələrə baxılıb, cinayət işi başlanıb.
Lakin prokurorluq cinayət işinin kimin əleyhinə və hansı xüsusiyyətlərə malik olması barədə KİV-ə məlumat verməyib.