Goranboyda 2 nəfər qidadan zəhərlənib

Goranboy rayonunun Erkəc kəndində 2 nəfər qidadan zəhərlənib. Goranboy rayon sakinləri - 1996-cı il təvəllüdlü N.Məmmədov və 2003-cü il təvəllüdlü S.Həsənalıyeva yaşadıqları evdə qidadan zəhərləniblər. Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.
Zərərçəkmişlərin yaxınlarının bildirdiyinə görə, onlar göbələk yedikdən sonra vəziyyətləri pisləşib. Faktla bağlı araşdırma aparılır.
Mətləb