5 gün əvvəl avtomobil vurmuşdu, dünən xəstəxanada öldü

5 gün əvvəl Bakının Yasamal rayonunda avtomobilin vurduğu piyada xəstəxanada ölüb. Belə ki, oktyabrın 21-də Orxan Hüseynov idarə etdiyi "Opel Astra" markalı avtomobil yolu keçmək istəyən piyada Samir Əhmədovu vurub və sonuncu bədən xəsarətləri alması səbəbilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
S.Əhmədov oktyabrın 26-da müalicə aldığı klinikada ölüb. Faktla bağlı cinayət işi başlanılıb.