Rusiyada maska tələbi geri qayıdır? - Kremldən AÇIQLAMA

"Kreml İsrail və HƏMAS arasındakı razılaşmanı müsbət qiymətləndirir".
TASS xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Bu, Qəzzadan uzun müddətdir ki, ilk xoş xəbərdir. Kreml Rusiyada COVID-ə yoluxma hallarının artması fonunda maska rejimini geri qaytarmağı hələ planlaşdırmır. Kreml ABŞ-ın İranın Rusiya Federasiyasına ballistik raketlər ötürməsi ilə bağlı bəyanatlarını şərh etmir, ölkələr arasında hərbi-texniki əlaqələr inkişaf edir. Rusiya Federasiyasında vahid ideologiyanın tətbiqinin zəruriliyi ilə bağlı prezident qərarları yoxdur. Rusiya və Tacikistan prezidentləri dünənki danışıqları yekunlaşdırıblar, səhər isə qeyri-rəsmi səhər yeməyi zamanı ünsiyyətlərini davam etdiriblər", - sözçü əlavə edib.