Muzey və kitabxanalarda təbliğat...

Bütün dövrlərdə cəmiyyətlərdə istənilən məsələnin təbliğ edilməsi insanlara təsirsiz ötüşməyib. Ayrı-ayrı qüvvələr təbliğat vasitələrindən istifadə etməklə öz məqsədlərini, dünyagörüşlərini yayıblar. Əlbəttə, biz burada daha çox faydalı, maarifçi, vətənpərvərlik ruhunun güclənməsinə təsir edən amillərdən danışırıq, onları nəzərdə tuturuq.
Muzeylər, kitabxanalar, bu və digər mədəni-maarif ocaqları xalqımızın həyatında həmişə mühüm rol oynayıb. Vaxtilə mədəni-maarif ocaqlarında İkinci Dünya müharibəsi qəhrəmanları və Birinci Qarabağ müharibəsi qəhrəmanları ilə bağlı silsilə tədbirlər keçirilir, onların qəhrəmanlığını təbliğ edirdilər.