Britaniyanın dövlət naziri Şəhidlər xiyabanında

Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti Şəhidlər xiyabanını ziyarət edib.
Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.
"Nazir Leo Dokerti 20 Yanvar qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edib. O, Birinci Dünya müharibəsi illərində Bakıda həlak olan Britaniya və Birlik əsgərlərinin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyub", - diplomatik nümayəndəlikdən bildirilib.