Mətbuat Şurası Aida Eyvazovanın 60 illiyini qeyd edib - FOTOLAR

Image

Bu gün Azərbaycan Mətbuat Şurasında AzTV-nin Xəbərlər departamentinin redaktoru, yazıçı və publisist Aida Eyvazovanın 60 illik yubileyi ilə bağlı toplantı keçirilib.

Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid yubilyarın uzunmüddətli jurnalist fəaliyyətinin örnək səciyyə daşıdığını deyib. O bildirib ki, peşəsindəki ilk addımların 1982-ci ildə dahi Nəsir İmanquliyevin “Bakı” və “Baku” axşam qəzetində atmış A.Eyvazova 1990-cı ildə Özbəkistanda indiki Uluqbek adına Milli Universitetin jurnalistika fakültəsini bitirib. Azərbaycanda ilk müstəqil nəşr olan “168 saat”da, daha sonra “Panorama” qəzetində çalışıb. 1997-ci ildən həm “Panorama”nın, həm də “Space” Müstəqil Televiziya Şirkətinin Sumqayıt şəhəri üzrə müxbir postunun rəhbəri olub.

R.Məcid A.Eyvazovanın Lider TV-nin Qazaxıstan və Mərkəzi Asiya Respublikaları üzrə müxbiri olduğunu, 2006-2013-cü illərdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin eyni mərkəz üzrə bürosuna rəhbərlik etdiyini, müxtəlif illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdindəki “Kultura+” İnternet televiziyasında Azərbaycan dili redaksiyasının redaktoru, “Discovery Azerbaijan” elmi-kütləvi turizm jurnalının “Turan” bölməsinin redaktoru işlədiyini, hazırda ASAN Radionun efirində səslənən “Azərbaycan tarixi” layihəsinin müəllifi kimi də fəaliyyət göstərdiyini xatırladıb. O, yubilyarın aktiv jurnalist fəaliyyətində Azərbaycanın, Türk dünyasının tarixi ilə bağlı yaradıcılıq nümunələrinin çoxluq təşkil etdiyini, A.Eyvazovanın Mərkəzi Asiya Respublikalarında diaspor təşkilatlarımızın güclənməsinə misilsiz töhfə verdiyini vurğulayıb.

MŞ sədri çıxışında tanınmış qələm sahibinin 1937-ci ildə sürgün olunmuş azərbaycanlıların həyatından bəhs edən “Məhbus qadınlar” adlı film hazırlamasını, dolğun məzmunlu yazılar yazmasını, Özbəkistan mədəniyyətində və tarixində silinməz izlər buraxmış azərbaycanlı insanların həyat və yaradıcılıqları haqqında Azərbaycanın və Mərkəzi Asiyanın qəzet və jurnallarında silsilə məqalələrlə, təhqiqat əsərləri ilə çıxış etməsini, yaradıcılığında Türk dünyasının görkəmli şəxsiyyətlərinin həyatlarının araşdırılmasına önəm verməsini böyük xidmət nümunələri kimi səciyyələndirib. O, qələm sahibinin Vətən uğrunda gedən döyüşlərdə canından keçmiş övladlarımızın cəmiyyətə tanıdılması istiqamətində gördüyü işlərin, yazdığı kitabların müstəsna qədirbilənlik nümunəsi olduğunu da dilə gətirib. R.Məcid çoxşaxəli fəaliyyət diapazonuna malik A.Eyvazovanı Mətbuat Şurasının diplomu ilə təltif edib. Toplantıda yubilyara, həmçinin, çalışdığı “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Fəxri Fərmanı da təqdim olunub.

Tədbirdə çıxış edənlərdən Medianın İnkişafı Agentliyinin əməkdaşı Pərvanə İbrahimova, Azərbaycan Dövlət İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Dağbəyi İsmayılov, ehtiyatda olan polkovnik Nizami Qocayev, əməkdar jurnalist Rəhim Hüseynzadə, MŞ İdarə Heyətinin üzvü Ceyhun Musaoğlu, yazıçı-jurnalist Dilarə Quliyeva, “Bakupost.az” saytının rəhbəri Elçin Zahiroğlu, yazıçı-jurnalist Varis Yolçuyev, yubilyarın dostları – Nəzakət Zeynalova və Pərvanə Tağıyeva, habelə MŞ-nin icraçı katibi Əvəz Rüstəmov, Şuranın icraçı katibinin müavini Fəridə Ağazadə və başqaları A.Eyvazovanı fədakar və cəsarətli qələm sahibi, istedadlı jurnalist, əsl vətənpərvər, qayğıkeş dost kimi xarakterizə edən cəhətlərə, onun yaradıcılığının ayrı-ayrı məqamlarına diqqət yetirib, xatirələrini bölüşüblər.

A.Eyvazova çoxillik əməyinə verilən yüksək dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.








 








SON XƏBƏRLƏR

18.03.2024 | 22:35
Qalib Azərbaycan Ordusu!

18.03.2024 | 22:30
Fransa hökumətinin bu günki mövqeyi ölkəmiz üçün heç də yeni deyil

18.03.2024 | 21:40
“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

18.03.2024 | 21:30
Neftçalada şəhid ailələri ziyarət olundu - FOTOLAR

27.01.2024 | 20:01
“CinemaPlus”da səs-küylü “3391 kilometr” filminin qəhrəmanları ilə qala gecəsi baş tutdu - VİDEO

12.12.2023 | 12:40
Xanlar Vəliyevdən "Tərtər işi" ilə bağlı açıqlama

12.12.2023 | 11:00
Prezident Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR

12.12.2023 | 11:00
YAP prezidentliyə namizədini açıqladı

12.12.2023 | 00:27
Mehriban Əliyeva 12 dekabrla bağlı paylaşım etdi - FOTO

12.12.2023 | 00:25
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib - FOTO

12.12.2023 | 00:20
Ümummilli Lider Heydər Əliyevin anım günüdür

11.12.2023 | 22:25
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım

09.12.2023 | 16:18
Məhərrəm Əliyev Azərbaycanın Belarusda səfiri təyin edilib

09.12.2023 | 16:15
İlham Əliyev Ermənistanla sülh üçün ən əsas şərti AÇIQLADI

09.12.2023 | 16:10
Prezident “Euronews”a müsahibə verib - VİDEO

09.12.2023 | 11:58
MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib

08.12.2023 | 19:41
Sahibə Qafarova Avropa Şurasının Baş katibi ilə görüşdü

08.12.2023 | 19:27
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Brüsseldə görüşü olacaqmı?

08.12.2023 | 16:38
MSK növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planını təsdiqləyib

08.12.2023 | 16:33
Azad edilmiş ərazilərdə ilk dəfə seçki:20 min seçici səs verəcək

08.12.2023 | 16:25
MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib

08.12.2023 | 16:25
Prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası toplaşır - Qərar veriləcək

08.12.2023 | 15:06
Deputatlar üçün yeni qadağa

08.12.2023 | 14:11
DİN qanunsuz silah-sursatla bağlı vətəndaşlara müraciət edib - VİDEO

08.12.2023 | 13:37
Pirallahıda avtomobil yolları əsaslı təmir ediləcək

08.12.2023 | 13:36
Prezident Gədəbəydə yol tikintisinə 2 milyon manat ayırıb

08.12.2023 | 13:30
Prezident birgə bəyanatını qarşılıqlı siyasi iradənin nümayişi adlandırıb

08.12.2023 | 13:26
Prezident Avropa Şurasının Baş katibini qəbul edib

08.12.2023 | 12:15
Fazil Mustafa sədr oldu: Qənirə Paşayevanın yerinə

05.12.2023 | 22:19
MEDİA Agentliyi "Azərtac"ın əməkdaşı ilə bağlı məlumat yaydı

05.12.2023 | 21:22
Mətbuat Şurası bəyanat yaydı

05.12.2023 | 21:14
AZƏRTAC-ın əməkdaşı Yeni Kaledoniyada saxlanılıb ölkədən çıxarıldı

05.12.2023 | 20:19
Azərbaycan Ukraynaya hərbi yardım etmir - RƏSMİ

05.12.2023 | 20:18
Azərbaycan XİN-dən Jozep Borelə cavab

05.12.2023 | 19:39
Moskvada Azərbaycan və İran XİN rəhbərlərinin görüşü keçirilir - FOTO

05.12.2023 | 17:59
Azərbaycan Prezidenti Tailand Kralını təbrik edib

04.12.2023 | 23:23
FIA prezidenti Bakıya gəldi - FOTOLAR

04.12.2023 | 21:16
Qəbələdəki insidentlə bağlı daha bir AÇIQLAMA

04.12.2023 | 20:59
Ermənistanın iddialarını qətiyyətlə rədd edirik - Rəsmi Bakı

04.12.2023 | 20:06
Leyla Əliyeva Dubayda iqlim dəyişiklikləri üzrə müzakirələrdə - FOTOLAR

XƏBƏR ARXİVİ

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728