"Qarabağ" "Bayer"ə qarşı

"Qarabağ" bu gün Avropa Liqasının qrup mərhələsində 3-cü tur oyununa çıxacaq. Ağdam təmsilçisi səfərdə Almaniya "Bayer"i ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunun baş hakimi rumıniyalı Horatiu Feşniç olacaq.
Qeyd edək ki, "Qarabağ" keçirdiyi ilk 2 oyunda maksimum nəticə göstərib - 6 xal. Qurban Qurbanovun komandası əvvəlcə "Molde"yə, daha sonra "Hekken"ə qalib gəlib. Eyni uğura "Bayer" də nail olub. Hazırda top fərqinə görə qrupda "Bayer" liderdir, "Qarabağ" isə 2-cidir.