Gəncədə təlim avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib - FOTOLAR

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə şəhərin Tağı Arani küçəsi ilə Azərbaycan Bayrağı küçəsinin kəsişməsində qeydə alınıb. Hərəkətdə olan VAZ-2107 ilə KIA markalı təlim avtomobili toqquşub.
Qəza zamanı VAZ-2107-nin sürücü Ayxan Bədəlov xəsarət alıb.
Qeyd edək ki, KIA markalı minik maşını (“149” saylı) sürücülük təlimi avtomobillidir.
Faktla bağlı araşdırma aparılır.