Gəncədə qəza olub, xəsarət alanlar var - FOTOLAR

Gəncədə baş verən qəzada xəsarət alan qadın xəstəxanada ölüb.
Bu barədə APA-nın yerli bürosu xəbər verib.
***
23.45
Gəncədə yol-nəqliyyat hadisəsi hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan "VAZ-21015 " ilə "VAZ-21014" markalı minik maşınları toqquşub.
Qəza zamanı 3 nəfərin xəsarət aldığı bildirilir. Faktla bağlı araşdırma aparırılır.