Şamaxıda avtomobil traktorla toqquşub, 4 nəfər yaralanıb

Şamaxıda ağır avtomobil qəzasında “VAZ-2107” markalı avtomobil traktorla toqquşub.
APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Göylər kəndi ərazisində baş verib. Hadisə nəticəsində Şamaxı sakini 1964-cü il təvəllüdlü Abbasov Əmirağa Ələsgər oğlu, 1975-ci il təvəllüdlü Abbasova Şəhla Balakərəm qızı, 1970-ci il təvəllüdlü Təhməzova Zərifə Balakərəm qızı və 1963-cu il təvəllüdlü Adıgözəlova Səadət Balakərəm qızı ağır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Vəziyyəti ağır olan iki nəfər Bakı şəhər travmatalogiya xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.