“Neftçi” Azərbaycan çempionatında ilk qələbəsini qazanıb

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan qarşılaşmada MOİK son ölkə çempionatının bürünc medalçısı “Neftçi” ilə üz-üzə gəlib.
Matçın qalibi üç setdə bəlli olub. Pərviz Səmədovun rəhbərlik etdiyi “Neftçi” 3:0 (25:11, 25:13, 25:15) hesablı qələbə ilə çempionatda ilk xallarını qazanıb.