Türkiyə XİN: Qəzza ilə bağlı təmas qrupunun İtaliya səfəri baş tutmayacaq

Qəzza ilə bağlı təmas qrupunun İtaliya səfəri baş tutmayacaq.
Bu barədə Türkiyə XİN məlumat yayıb.
Səfərin ləğv edilməsinin səbəbi açıqlanmayıb. Səfərin və İtaliya rəsmiləri ilə görüşlərin başqa bir tarixdə həyata keçiriləcəyi bildirilib
***
22.28
Türkiyə xarici işlər naziri Hakan Fidan 23 noyabr 2023-cü il tarixində Romaya səfər edəcək.
Bu barədə Türkiyə XİN məlumat yayıb.
Qeyd olunun ki, səfər Qəzza ilə bağlı təmas qrupunun fəaliyyəti çərçivəsində baş tutacaq.