Bu tarixdə sərhəddə görüş keçiriləcək - Ermənistan TƏSDİQLƏDİ

Noyabrın 30-da Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçiriləcək.
Bu barədə Ermənistan XİN məlumat yayıb.
Görüşün Ermənistan və Azərbaycan sərhədində keçirilməsi planlaşdırılır.
Azərbaycan tərəfindən hələlik rəsmi açıqlama yoxdur.
Xatırladaq ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev erməni həmkarı Mher Qriqoryanla bir neçə dəfə görüş keçirib. Görüşlər həm Moskvada, həm də sərhəddə baş tutub.