Polşada Rusiyaya casusluqda günahlandırılan 16 nəfərin işi məhkəmədədir

Polşada Rusiyaya casusluqda ittiham olunan 16 nəfərin işi məhkəməyə göndərilib.
Modern.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, 16 nəfəri mütəşəkkil cinayətkar qruplaşmada iştirakda və Rusiyanın maraqlarından çıxış etməkdə ittiham edilir.
“Müttəhimlər mühüm infrastruktur obyektlərinin, hərbi obyektlərin və dəniz limanlarının müəyyən edilməsi də daxil olmaqla fəaliyyətlər həyata keçiriblər”, - prokurorluqdan bildirib.
Saxlanılan şəxslər Qərbin Ukraynaya hərbi yardımının daşınması üçün marşrutlar boyunca veb-kameralar quraşdırmaqda və onlara GPS izləyiciləri taxmağa cəhddə ittiham olunurlar. Prokurorluğun məlumatına görə, onlar Polşaya qarşı təbliğat da aparıb və təxribat hazırlayıblar.
Polşa kəşfiyyat xidmətləri şübhəlilərin vətəndaşlıqlarını açıqlamayıb, yalnız onların “şərq sərhədindən kənarda olan əcnəbilər” olduğunu bildirib.
RMF FM radiostansiyasının verdiyi məlumata görə, iş üzrə saxlanılanlardan biri Polşa birinci liqasındakı klublardan birində oynayan 20 yaşlı rusiyalı xokkeyçidir. Şübhəliləri 10 ilə qədər həbs gözləyir.