“Rossiya 24” telekanalının müxbiri Ukraynada öldürüldü

Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində yaralanan “Rossiya 24” telekanalının jurnalisti Boris Maksudov dünyasını dəyişib.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
"Faciəli xəbər indicə gəldi: həmkarımız Boris Maksudov aldığı xəsarətlərdən öldü, uşaqlar onun həyatı üçün mübarizə apardılar, dünən ağır yaralanmışdı", - deyə KİV-lərdən biri qeyd edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da jurnalistin vəfatı ilə bağlı başsağlığı verib.