Tokayev Belarusdadır - Yenilənib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi daşıyan təyyarə Belarusun paytaxtı Minskə eniş edib.
Bu barədə Belarusun rəsmi BelTA agentliyi məlumat yayıb.
O, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının toplantısına qatılmaq üçün bu ölkəyə səfər edib.
***
21.11.2023 / 09:32
Noyabrın 23-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Belarusa səfər edəcək.
Bu barədə Qazaxıstan PA - "Aqorda" məlumat yayıb.
Bildirilib ki, o, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının Minskdə keçiriləcək sessiyasında iştirak edəcək.
Qeyd edək ki, Tokayev 24 noyabrda isə BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Bakıda keçiriləcək sammitinə qatılacaq.