Kameron İsraildə - Fələstinə də gedəcək

Böyük Britaniyanın yeni təyin olunmuş xarici işlər naziri Devid Kemeron İsrailə səfər edib.
Bu barədə BBC məlumat yayıb.
Bu, onun hökumətə qayıtdıqdan sonra Yaxın Şərq bölgəsinə ilk səfəridir. Səfər çərçivəsində XİN başçısı Fələstinə də baş çəkəcək.
Kameron girovların azad edilməsi və Qəzza zolağına humanitar yardımın çatdırılması ilə bağlı razılaşmanı müzakirə etmək üçün İsrail və Fələstin liderləri ilə görüşəcək.