Paşinyanın çıxışı zamanı işıqlar söndü - VİDEO

Bu gün Ermənistan hökumətinin iclasında maraqlı anlar yaşanıb.
Baş nazir Nikol Paşinyanın çıxışı zamanı işıqlar sönüb.
Paşinyan işıqlar yandırıldıqdan sonra Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanı tənqid edib.
“Mən elə bu barədə danışırdım. Ölkədə elektrik enerjisi keyfiyyətsizdir, hətta dövlət binalarında belə, idarələrdə işıqlar daim sönür”, - deyə o bildirib.