KTMT baş katibi Ermənistana gedəcək

KTMT-nin baş katibi İmanqali Tasmaqambetov Ermənistana səfər edəcək.
Bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, baş katib təşkilatın Minsk sammitindən sonra İrəvana səfər edəcək və onlara qoşulmaq üçün imzalanmış qərarları təhvil verəcək.
Xatırladaq ki, KTMT-nin Minsk sammiti bu gün keçirilir. Ermənistan baş naziri Nikol Paşinyan toplantıya qatılmaqdan imtina edib.