Qəzzada xəstəxana müdiri və həkimlər əsir götürüldü

İsrail hərbçiləri Qəzzanın Əl-Şifa xəstəxanasının direktoru Məhəmməd Əbu Səlmiyanı həbs edib.
Xarici KİV xəbər verir ki, xəstəxananın direktoru ilə yanaşı, digər tibb işçiləri də İsrail ordusu tərəfindən saxlanılıb
İsrail HƏMAS bazasının Qəzzanın ən böyük xəstəxanası olan Əl-Şifanın altında olduğunu iddia edir. Qəzzanın səhiyyə nazirliyi İsrailin HƏMAS-ın xəstəxanada, o cümlədən binanın altındakı tunellərdə olması ilə bağlı iddialarını kəskin şəkildə rədd edir.
Həmçinin, HƏMAS Əl-Şifa xəstəxanasının direktorunun və digər həkimlərin tutularaq həbsini pisləyib.