Peskov Çini təriflədi, ABŞ və Avropanı pislədi

"Rusiya və Çin öz mövqelərində möhkəm dayanırlar, ABŞ-ın təzyiqi faydasızdır".
TASS xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərlə söhbətində deyib.
O, Putinin Rusiya Federasiyasının Ukrayna ilə bağlı danışıqlardan heç vaxt imtina etmədiyini, “ona təzyiq göstərməyə ehtiyac olmadığı” sözlərini xatırladıb.
Peskov iddia edib ki, Rusiya Avropa üçün təhlükə yaratmır: "Rusiya üçün təhlükə yaradan Avropadır".