Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 5 faiz qaldırıb

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 35%-dən 40%-ə qaldırıb.
Bu barədə Mərkəzi Bankın yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, oktyabr ayında inflyasiya azalıb və proqnoz səviyyəsində qalıb.
“Digər tərəfdən, son göstəricilər onu göstərir ki, monetar sərtləşdirmə maliyyə vəziyyətinə təsir göstərdiyi üçün daxili tələb yavaşlamağa başlayıb”, - Türkiyə Mərkəzi Bankının açıqlamasında deyilir.
Hələ iyun ayında Mərkəzi Bank yüksək inflyasiya proqnozu dəyişənə qədər pul siyasətini sərtləşdirməyə davam edəcəyini açıqlamışdı. Həmin ay tənzimləyici uçot dərəcəsini 2 ildə ilk dəfə olaraq 8.5%-dən 15%-ə yüksəldib.