Qarabağda sülhməramlıların daha bir postu ləğv edildi

Rusiya sülhməramlılarının Laçın rayonunda yerləşən müşahidə məntəqəsi ləğv olunub.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb
Məlumatda bildirilib ki, sentyabrın 19-dan bu günədək Rusiya sülhməramlılarının ümumilikdə 12 müşahidə və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.
Xatırladaq ki, Rusiya sülhməramlıları Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilib.