Türkiyədə 4.5 ballıq zəlzələ

Türkiyənin Malatya vilayətində yenidən zəlzələ olub.
Bu barədə AFAD-ın rəsmi X səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Pütürge rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 4.5 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.