Pakistan da onlara qoşulur

Pakistan BRICS təşkilatına (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) qoşulmaq üçün rəsmi müraciət təqdim edib.
Məlumatı Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mümtaz Zəhra Bəluç verib.
O brifinq zamanı bildirib ki, müvafiq qərar Yohannesburqda keçirilən BRİKS sammitinin nəticələrinin təhlilinin nəticələrinə əsasən qəbul edilib.
“Bəli, təsdiq edə bilərəm ki, Pakistan BRİCS-ə üzv olmaq üçün rəsmi müraciət edib. Bu, inkişaf etməkdə olan ölkələrin mühüm qrupudur. Biz inanırıq ki, Pakistan BRİKS-ə qoşulmaqla beynəlxalq əməkdaşlığın inkişafında və inklüziv çoxtərəfliliyin canlanmasında mühüm rol oynaya biləcək”, - deyə Bəluç bildirib.
Avqustun 22-24-də Yohannesburqda BRİCS-in 15-ci sammiti keçirilib. Sammitin ardından Argentina, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və BƏƏ təşkilata dəvət olunub. Onlar 2024-cü ilin əvvəlindən assosiasiyanın tamhüquqlu üzvü olacaqlar. Ümumilikdə 23 dövlət təşkilata üzv olmaq üçün rəsmi ərizə təqdim edib.