Şahramanyan bu gün dindiriləcək

Bu gün saat 11:00-da artıq özünü buraxan Qarabağdakı qondarma qurumun sonuncu "rəhbəri" Samvel Şahramanyan dindiriləcək.
Bu barədə “Hraparak” qəzeti yazıb.
O, 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclasında iştirak edəcək.
Nəşr bildirir ki, Şahramanyanın “dindirilməsi” qapalı formatda baş tutacaq.