Klaar regional kommunikasiyaların açılmasından danışdı

"Biz münasibətlərin nizamlanması üzrə irəliləyişi stimullaşdırmağa çalışırıq”.
Bu barədə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Armenpress”ə müsahibəsində danışıb.
Onun sözlərinə görə, əsas olan Bakı və İrəvanın sülh müqaviləsini harada imzalaması yox, özlüyündə bunu etməsidir.
O, regional kommunikasiyaların açılmasının vacibliyini də xüsusi vurğulayıb.