Tanınmışlar efirdə vurma cədvəlini bilmədilər - VİDEO

ATV telekanalında yayımlanan “Rəngarəng səhər” verilişində tanınmış şəxslərin vurma cədvəlini bilməməsi maraqlı anların yaranmasına səbəb olub.
Aparıcının sualları Firuzə İbadova, Pünhan Piriyev və Aşıq Mübarizi çaşbaş salıb.
Onlar 8 dəfə 8, 7 dəfə 7-nin neçə etdiyini bilməyiblər. Aşıq Mübariz isə bu suallara etiraz edib və ona sənəti barədə sual verilməsini istəyib.
Həmin görüntüləri təqdim edirik: