Erməni deputat Paşinyan hakimiyyətinin Rusiya siyasətini tənqid etdi

"Əsas problem Ermənistanın Rusiya Federasiyası ilə fikir ayrılıqlarının olması deyil, Ermənistan hakimiyyətinin onları daim kəskinləşdirməsidir".
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalifətçi deputatı Tiqran Abramyan sosial şəbəkələrdə yazıb.
"Hər hansı bəyanat verərkən və ya qərar qəbul edərkən yadda saxlamaq lazımdır ki, Rusiya regionda əsas aktordur və onunla münasibətlərin “dəfn edilməsi” gözlənilməz nəticələrə səbəb ola bilər", - deyə o qeyd edib.
"Rusiya Federasiyası ilə münasibətləri normal vəziyyətə qaytarmaq hələ də mümkündür, lakin indiki hakimiyyətin buna nə istəyi, nə də iradəsi var, xüsusən də ideoloji baxımdan tamamilə fərqli məntiqə riayət edirlər", - Abramyan əlavə edib.