Paşinyan 3 liderə məktub göndərdi

Ermənistanın baş naziri Nikol Paşinyan 3 ölkənin liderinə məktub göndərib.
Ermənistan mətbuatı xəbər verir ki, bunlar İspaniya, Argentina və Lüksemburqdur.
Belə ki, Paşinyan İspaniya baş naziri Pedro Sançezi yenidən bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib. Ermənistan baş nazirinin Argentinanın yeni prezidenti Xavyer Mileyə ünvanladığı təbrik isə onun seçkilərdə qalib gəlməsi ilə əlaqədardır.
Paşinyan Lüksemburq baş naziri Lyuk Frideni də "unutmayıb". O, həmkarına vəzifəsinin icrasına başlaması münasibətilə təbrik göndərib.