Almaniya Ukraynaya daha bir "Patriot" sistemi yerləşdirəcək

Almaniyadan daha bir Patriot hava hücumundan müdafiə sistemi Ukraynada yerləşdiriləcək.
Bunu Almaniyanın Ukraynadakı səfiri Martin Yaqer "Ukrinform"a müsahibəsində deyib.
O bildirib ki, qış aylarında yerləşdirmə həyata keçiriləcək.
"Qışda vəziyyət indi çox çətinləşə bilər. Ukrayna tərəfi bu vəziyyətə hazırlaşmaq üçün əlindən gələni edib və biz hazırlıqlara kömək etdik. Artıq hava hücumundan müdafiə dəstəyimizdən danışmışam. Sözügedən IRIS-T sistemlərindən əlavə, qışda burada Almaniyadan daha bir "Patriot" sistemi yerləşdiriləcək”, - diplomat bildirib.