Paşinyan Pakistanla barışmaq istəyir

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Pakistan İslam Respublikası ilə münasibətlərindən danışıb.
Ermənistan mətbuatı xəbər verir ki, Paşinyan keçirdiyi mətbuat konfransında bu mövzuya toxunub.
"Azərbaycanla sülh müqaviləsinin imzalanması Pakistanla münasibətlərin qurulması üçün əlverişli şərait yarada bilər", - o qeyd edib.
Ermənistan baş naziri əlavə edib ki, İslamabadın diplomatik əlaqədən imtina etməsi məhz Azərbaycan faktoru ilə bağlıdır.
Qeyd edək ki, Pakistan Qarabağ məsələsinə görə Ermənistanı tanımır və ölkələr arasında heç bir diplomatik əlaqə mövcud deyil.