Paşinyan yenə Rusiyadan gileyləndi - Pozuntular var

Ermənistan Yüksək Texnologiyalar Nazirliyi Rusiya telekanallarının respublikada yayımının müzakirəsi məsələsi ilə bağlı məsləhətləşmələr üçün bu ölkədən olan həmkarlarına müraciət edib.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.
Paşinyan qeyd edib ki, son zamanlar ölkələr arasında imzalanmış yayım müqavilələrinə əsasən mövcud olmamalı olan pozuntular qeydə alınıb: "Söhbət daxili işlərə qarışmaqdan, ölkə daxilində sabitliyi pozmaqdan gedir".
"Ermənistana təhvil verilməyən Rusiya silahlarına görə ödənilən məbləğ Ermənistanın Rusiya Federasiyasına dövlət borcunu ödəməyə sərf edilə bilər", - Ermənistan baş naziri əlavə edib.
Onun sözlərinə görə, bu, problemin həlli variantlarından biridir, hazırda mexanizmlər üzərində müzakirələr aparılır.