KTMT-nin hərəkətləri və ya hərəkətsizliyi... Paşinyan

"Ermənistan hakimiyyətinin müşahidələri göstərir ki, faktiki olaraq KTMT-nin hərəkətləri və ya hərəkətsizliyi Ermənistan Respublikası qarşısında öhdəliklərini yerinə yetirmək məqsədi daşımır".
Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Ermənistan baş naziri Nikol Paşinyan deyib.
"Siyasi iradə var və lazım gələrsə, maraqlara uyğun qərar veriləcək. Dövlət maraqlarına əsaslanan oriyentasiya qəbul edəcəyik. Məlumatlarımız göstərir ki, KTMT-nin de-fakto hərəkətləri və ya hərəkətsizliyi onun Ermənistan Respublikası qarşısında götürdüyü öhdəliklərə uyğun gəlmir", - baş nazir əlavə edib.
Onun sözlərinə görə, Ermənistan tərəfi KTMT-ni tam başa düşmək və mövqeyini KTMT üçün başadüşülən etmək üçün mümkün olan hər şeyi etmək istəyir.