Şuşa haqqında kitab Strasburqda təqdim olunub - FOTOLAR

Image

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər üzrə professoru, siyasi elmlər doktoru Elçin Əhmədov və İtaliyanın Sapienza Universitetinin professoru Daniel Pommierin həmmüəllifi olduqları “Şuşa - Azərbaycanın mədəniyyət paytaxtı” adlı kitab Fransada fəaliyyət göstərən “Kəpəz” nəşriyyat evi tərəfindən fransız dilinə tərcümə edilərək, nəşr olunub.

Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyindən verilən xəbərə görə, Azərbaycan mədəniyyətinin incisi olan Şuşanın zəngin maddi-mədəni, tarixi, memarlıq irsindən bəhs edən bu kitabın Strasburqda təşkil edilən təqdimatında Azərbaycan Respublikasının Avropa Şirası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov kitabın müəlliflərinə və Strasburqda fəaliyyət göstərən “Kəpəz” nəşriyyat evinin kollektivinə təşəkkür edərək, bu nəşrin fransız oxuculara Şuşa şəhərinin Azərbaycan xalqı üçün daşıdığı misilsiz dəyərin çatdırılmasına önəmli bir töhfə verəcəyinə dair inamını ifadə edib.

İşğal dövründə Şüşa şəhərinin üzləşdiyi dağıntıları xatırladan F.İsmayılov həmçinin 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi atlında qəhrəman Azərbaycan ordusunun Şuşanı işğaldan azad etdikdən sonra həyata keçirilən bərpa və yenidənqurma işlərindən bəhs edib. O, fransız dilində yeni işıq üzü görən Şuşa haqqında kitabın oxucuları Azərbaycanın bu füsunkar diyarına səfər etməyə təşviq edəcəyinə ümidini bildirib.

İlk növbədə Azərbaycan ədəbiyyatının fransız oxuculara təqdim edilməsində ixtisaslaşan “Kəpəz” nəşriyyat evinin prezidenti Valentin Da Fonseka Şuşa barədə kitabın çapı ilə əlaqədar rəhbərlik etdiyi kollektivin sevincini dilə gətirib və bu kitabın oxucular üçün Şuşa şəhərinə və ümumiyyətlə Azərbaycanın zəngin məniyyətinə açılan bir pəncərə rolu oynadığını söyləyib. O, yenicə çapdan çıxmış bu kitabın artıq Fransanın əksər kitabxanalarında və eləcə də internet vasitəsilə sifariş edilə biləcəyini açıqlayıb.

Daha sonra “Kəpəz” nəşrlərinin yaxından izləyicisi olan hüquq elmləri doktoru, vəkil Tieri Edmond öz növbəsində kitabın mahiyyəti barədə hazırladığı xülasəni təqdimat iştirakçıları ilə bölüşüb. Kitabın gözoxşayan tərtibatı və əks etdirdiyi materialların əhatəliliyini vurğulan T.Edmond əslən Şuşadan olan Azərbaycanın çoxsaylı görkəmli şəxsiyyətləri barədə məlumatlar və fotoşəkillərdən ibarət fəsilləri ayrıca qeyd edib. O, Şuşanı Azərbaycan tarixi və mədəniyyətinin bir rəmzi kimi təcəssüm etdirən bu kitabın beynəlxalq səviyyədə fransız dilli oxucular tərəfindən maraqla qarşılanacağına inandığını ifadə edib.

 









SON XƏBƏRLƏR

18.03.2024 | 22:35
Qalib Azərbaycan Ordusu!

18.03.2024 | 22:30
Fransa hökumətinin bu günki mövqeyi ölkəmiz üçün heç də yeni deyil

18.03.2024 | 21:40
“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

18.03.2024 | 21:30
Neftçalada şəhid ailələri ziyarət olundu - FOTOLAR

27.01.2024 | 20:01
“CinemaPlus”da səs-küylü “3391 kilometr” filminin qəhrəmanları ilə qala gecəsi baş tutdu - VİDEO

12.12.2023 | 12:40
Xanlar Vəliyevdən "Tərtər işi" ilə bağlı açıqlama

12.12.2023 | 11:00
Prezident Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR

12.12.2023 | 11:00
YAP prezidentliyə namizədini açıqladı

12.12.2023 | 00:27
Mehriban Əliyeva 12 dekabrla bağlı paylaşım etdi - FOTO

12.12.2023 | 00:25
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib - FOTO

12.12.2023 | 00:20
Ümummilli Lider Heydər Əliyevin anım günüdür

11.12.2023 | 22:25
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım

09.12.2023 | 16:18
Məhərrəm Əliyev Azərbaycanın Belarusda səfiri təyin edilib

09.12.2023 | 16:15
İlham Əliyev Ermənistanla sülh üçün ən əsas şərti AÇIQLADI

09.12.2023 | 16:10
Prezident “Euronews”a müsahibə verib - VİDEO

09.12.2023 | 11:58
MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib

08.12.2023 | 19:41
Sahibə Qafarova Avropa Şurasının Baş katibi ilə görüşdü

08.12.2023 | 19:27
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Brüsseldə görüşü olacaqmı?

08.12.2023 | 16:38
MSK növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planını təsdiqləyib

08.12.2023 | 16:33
Azad edilmiş ərazilərdə ilk dəfə seçki:20 min seçici səs verəcək

08.12.2023 | 16:25
MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib

08.12.2023 | 16:25
Prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası toplaşır - Qərar veriləcək

08.12.2023 | 15:06
Deputatlar üçün yeni qadağa

08.12.2023 | 14:11
DİN qanunsuz silah-sursatla bağlı vətəndaşlara müraciət edib - VİDEO

08.12.2023 | 13:37
Pirallahıda avtomobil yolları əsaslı təmir ediləcək

08.12.2023 | 13:36
Prezident Gədəbəydə yol tikintisinə 2 milyon manat ayırıb

08.12.2023 | 13:30
Prezident birgə bəyanatını qarşılıqlı siyasi iradənin nümayişi adlandırıb

08.12.2023 | 13:26
Prezident Avropa Şurasının Baş katibini qəbul edib

08.12.2023 | 12:15
Fazil Mustafa sədr oldu: Qənirə Paşayevanın yerinə

05.12.2023 | 22:19
MEDİA Agentliyi "Azərtac"ın əməkdaşı ilə bağlı məlumat yaydı

05.12.2023 | 21:22
Mətbuat Şurası bəyanat yaydı

05.12.2023 | 21:14
AZƏRTAC-ın əməkdaşı Yeni Kaledoniyada saxlanılıb ölkədən çıxarıldı

05.12.2023 | 20:19
Azərbaycan Ukraynaya hərbi yardım etmir - RƏSMİ

05.12.2023 | 20:18
Azərbaycan XİN-dən Jozep Borelə cavab

05.12.2023 | 19:39
Moskvada Azərbaycan və İran XİN rəhbərlərinin görüşü keçirilir - FOTO

05.12.2023 | 17:59
Azərbaycan Prezidenti Tailand Kralını təbrik edib

04.12.2023 | 23:23
FIA prezidenti Bakıya gəldi - FOTOLAR

04.12.2023 | 21:16
Qəbələdəki insidentlə bağlı daha bir AÇIQLAMA

04.12.2023 | 20:59
Ermənistanın iddialarını qətiyyətlə rədd edirik - Rəsmi Bakı

04.12.2023 | 20:06
Leyla Əliyeva Dubayda iqlim dəyişiklikləri üzrə müzakirələrdə - FOTOLAR

XƏBƏR ARXİVİ

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728