Kriştianu Ronaldunun muzeyi açılıb

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldunun muzeyi açılıb.
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusunun adını daşıyan muzey Ər-Riyadda yaradılıb.
Ronaldunun həmyerliləri artıq məkanı ziyarət ediblər. Muzeydə 38 yaşlı hücumçunun karyerasının ən mühüm anları nümayiş olunub.
Qeyd edək ki, Kriştianu Ronaldu bu ilin yanvarından “Əl-Nəsr”də çıxış edir.