Rusiya “Meta” korporasiyasının mətbuat katibini axtarışa verib

“Meta” korporasiyasının mətbuat katibi Endi Stoun Rusiya Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib.
Bu barədə “TASS” xəbər verir.
“Stoun Endi Mark Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır”, - Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında deyilir.
Ancaq onun axtarışının hansı maddə ilə aparıldığı qeyd edilmir.