İrəvanın rayon rəhbəri korrupsiya işinə görə dindirilir

Ermənistanın paytaxtı İrəvan şəhərinin Kentron rayonunun rəhbəri Samvel Qukasyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsində dindirilib.
Bu barədə "ArmLur.am" mənbələrə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, əvvəllər Samvel Qukasyana çağırış vərəqəsi göndərilib, o, gəlməyib. Buna görə də aidiyyatı orqanlar onu birbaşa iş yerindən dindirməyə aparıblar.
"Söhbət Qukasyanın himayədarı, Kentron rayonunda kommunal xidmətlər və yaşayış binaları şöbəsinin müdiri Tiqran Martirosyanın aldığı rüşvətdən gedir", - deyə dindirilmə ilə bağlı qeyd olunub.