Paşinyanın "Dünya kəsişməsi xəritəsinin" özəllikləri...

Turab Rzayev: “Paşinyan əslində bu şikayətdə bildirir ki, Zəngəzur dəhlizi ilə bağlı layihədən kənarda qalmaq istəmir”
Ermənistanın Baş naziri Nikol Paşinyan Tiflis Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində “Dünyanın kəsişməsi” layihəsi üçün hazırlanan regional nəqliyyat dəhlizləri ilə bağlı xəritə təqdim edib. Xəritədə Azərbaycanın ərazi bütövlüyünə tam riayət edilməsi xüsusi diqqət çəkib.