Rusiya Finlandiya sərhədində hibrid müharibə aparır - ABŞ İnstitutu

Rusiya Belarus-Polşa sərhədində yaranmış “miqrasiya böhranı” ssenarisinə uyğun olaraq Finlandiya sərhədində hibrid müharibə taktikasından istifadə edir.
Modern.az xəbər verir ki, bunu Müharibə Araşdırmaları İnstitutunun analitikləri yazıb.
Onlar hesab edirlər ki, o zaman, 2021-ci ildə Belarus və Polşa sərhədindəki böhran NATO-nu təcavüzdə ittiham etmək və vəziyyəti sabitliyi pozmaq üçün Kreml tərəfindən idarə oluna bilərdi.
Tədqiqatçıların fikrincə, Rusiya Federasiyası indi də eyni planlara sadiqdir və eyni məqsədi güdür - Alyans ölkələrində sabitliyi pozmaq.
Bundan əlavə, daha əvvəl Finlandiyanın NATO-ya daxil olmasını şərh edən Kreml sözçüsü Dmitri Peskov Rusiya Federasiyasının “öz təhlükəsizliyini təmin etmək” üçün əks tədbirlər görəcəyini bildirib.