Almaniyadan Ukraynaya hərbi yardım - 1.3 milyard avroluq...

Almaniya Ukraynaya ümumi dəyəri 1.3 milyard avro olan yeni hərbi yardım paketi təqdim edəcək.
Bu barədə NTV telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, qərarı Almaniyanın müdafiə naziri Boris Pistorius açıqlayıb. Yeni paketə, xüsusən, daha 4 ədəd IRIS-T SLM hava hücumundan müdafiə sistemi, həmçinin artilleriya mərmiləri daxil olacaq.
Xatırladaq ki, Pistorius bu gün Ukrayna paytaxtı Kiyevə səfər edib.