Naxçıvanda maşın aşıb, Türkiyə vətəndaşı xəsarət alıb

Türkiyədən Naxçıvana gələn avtomobil aşıb, bir türk vətəndaşı xəsarət alıb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Sədərək rayonunda (Bayraq meydanı ətrafında) qeydə alınıb.
Türkiyədən Naxçıvana, ordan isə Gəncədə təhsil alan övladını görməyə gedən ailə qəzaya uğrayıb.
Hadisə nəticəsində 1964-cu il təvəllüdlü, Türkiyə vətəndaşı Temra Karadeniz Süleyman qızı xəsarət alıb.
Hər iki ayağının topuqları və mil sümüyü qırılan T.Karadeniz Naxçıvan Muxtar Republika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.