“HƏMAS terror təşkilatı deyil” – Ərdoğan

“Onlar (Qərb ölkələri nəzərdə tutulur – red.) bizi elə bir yerə çatdırmaq istəyirlər ki, biz “Həmas terror təşkilatıdır” deyək. Xeyr, dostum, bu terror təşkilatı deyil”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanında keçirilən İsla Əməkdaşlıq Təşkilatının sammitindən qayıdarkən deyib.
Türkiyə liderinin sözlərinə görə, Avropa Birliyi HƏMAS-a İsrail kimi yanaşır:
“Amma biz belə düşünmədik və belə də düşünmürük. Mən HƏMAS-a Fələstində seçkilərdə qalib gələn siyasi partiya kimi baxıram. İndi onlar bizi “HƏMAS terror təşkilatıdır” deməyə yönəltmək istəyirlər. Xeyr, dostlar, terror təşkilatı deyil. Əksinə, bunlar öz torpaqlarını müdafiə edən, vətən uğrunda döyüşən insanlardır. Bizim (Avropa ilə) belə fərqli baxışlarımız var”, - deyə Ərdoğan bildirib.